Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Türkiyədə klub alan Azərbaycanlı iş adamına qarşı ETİRAZ AKSİYASI – FOTO (VİDEO)

Türkiyədə klub alan Azərbaycanlı iş adamına qarşı ETİRAZ AKSİYASI – FOTO (VİDEO)

Xəbər vermişdik ki, Türkiyə İkinci Liqasının Qırmızı Qrupundan mübarizə aparan “Darıca Gençlerbirliği” futbol klubu azərbaycanlı iş adamı Rauf İsmailyov tərəfindən satın alınıb.

Maraqlıdır ki, iş adamının Azərbaycandakı “Xan Lənkəran” klubundan sonra   futbol sayəsində gördüyü bu iş də uğursuz alınıb. 
Unikal.org 
xəbər verir ki, “Darıca Gençlerbirliği” klubunun azarkeləri son həftələrdəki uğursuzluqlara görə bazaya gələrək etiraz aksiyası ediblər.  
Fanatlar rəhbərliyə qarşı etiraz səslərini qaldırıblar. Mövsümün 18-ci həftsində öz meydanında “Tokatspor”a 0:4 hesabla məğlub olaraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 

Bu da azarkeşlərin səbr kasasını doldurub. 10 nəfərlik fanat kütləsi bazaya gələrək Rauf İsmaılova etiraz ediblər. Bölgə polisi bazanın yerləşdiyi Bağlarbaşı məhəlləsinə gələrək təhlükəsizliyi təmin ediblər. Bəzi azarkşelərin bazaya güclüklə bazaya daxil olmasının qarşısı alınıb. Vəziyyətin daha da gərginləşdiyini görüb bazanın qapılarını açıblar.  Aksiyanı burada da davam etdirən və rəhbərliklə görüşmək istəyənləri futbolçular sakitləşdirməyə çalışıb. 

Daha sonra azarkeşlər rəhbərliyin gəlmədiyini görüb, polisin də xəbərdarlığı ilə bazanı tərk ediblər.

“Darıca Gençlerbirliği Azarkeşlər Dərnəyi” rəhbəri Hasan Zengin jurnalistlərə verdiyi açıqlamada klubun azərbaycanlı iş adamı Rauf İsmailyova satılmasına və son həftələrdəki uğursuzluöa reaksiyasini bildirib. 

Futbolçulara pul ödənməməsi səbəbi ilə klubun dağılmağa doğru getdiyini dilə gətirən Zengin satışın ləğv edilməsini və kluba sahib çıxılmasını istəyib. 

Qeyd edək ki, Rauf İsmayılov Rusiyada yaşayan iş adamı həmyerlimiz, “Simurq Turizm” şirkətinin prezidentidir. 
Ötən ilin əvvələrində yaranmış “Xan Lənkəran”  PFK –nın ümumi səhmlərinin bron edilmiş 20%-i ötən ilin iyun ayında “Simurq Turizm” LTD-nin realizəsinə verilmişdi. Ancaq klub müəyyən səbəblərdən sonra fəaliyyətini dayandırmalı olmuşdu. 

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …