Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Türkiyədə iki azərbaycanlı qadın polisdən qaçmaq üçün özünü binadan atdı, birinin qıçı sındı

Türkiyədə iki azərbaycanlı qadın polisdən qaçmaq üçün özünü binadan atdı, birinin qıçı sındı

Türkiyənin Trabzon şəhərində polis qonşuların şikayəti ilə azərbaycanlı qadınların yaşadığı mənzilə baxış keçirib. Şikayətə əsasən həmin qadınlar mənzildə fahişəliklə məşğul olurdular. Bu məlumat əsasında polis mənzili izləyib və həmin qadınların 2 kişi ilə görüşərək fahişəliklə məşğul olduğunu təsbit edib.  Qadınlar polisə yaxalanmamaq üçün balkondan atlayaraq qaçmağa çalışıblar, onlardan biri yıxılaraq xəsarət alıb. virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar kirayə yaşadıqları mənzildə fahişəliklə məşğul olublar. 

Polis daxil olmuş məlumat əsasında evə baxış keçirərkən 24 yaşlı Aynur və 23 yaşlı Aytac balkonundan qaçmağa çalışıb. Bu zaman Aynurun sol ayağı bud nahiyəsindən qırılıb. O, polislər tərəfindən Fatih Dövlət Xəstəxanasına aparılıb. Trabzon Polis İdarəsinin Asayiş Şöbə Müdirliyi qadınların sosial şəbəkələr üzərindən elan verərək  yaşadıqları mənzildə fahişəliklə məşğul olduqlarını müəyyən edib. Hər iki qadın Türkiyədən deport olunacaq.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …