Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Aktual / Türkiyədə bu gündən 3-cü doza peyvənd vurulacaq

Türkiyədə bu gündən 3-cü doza peyvənd vurulacaq

Türkiyədə Sinovac ilə başlayan və Pfizer/BioNTech peyvəndi ilə sürətləndirilən vaksinasiya dövründə üçüncü doza vaksinin tətbiqi gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Elmi Komitənin iclasından sonra etdiyi açıqlamada 50 yaşdan yuxarı şəxslərin və səhiyyə işçilərinin istənilən vaksin ilə 3-cü doza peyvənd olunmasının faydalı olacağı ilə bağlı qərara gəliblər. Sözügedən şəxslər 1 iyuldan etibarən istənilən vaksin ilə üçüncü doza üçün növbə götürə biləcəklər. 

“Üçüncü doza peyvəndinin hansı növ peyvəndlə tətbiq olunmasına dair heç bir məhdudiyyət və prioritet yoxdur. Vətəndaşlarımız və səhiyyə işçilərimiz, ilk iki dozada hansı peyvənd vurdurduqlarına baxmayaraq üçüncü doza olaraq istədikləri peyvəndi vurdura bilərlər. Bu baxımdan seçim sizindir. İstədiyiniz peyvəndi 3-cü doza olaraq rahatlıqla qəbul edə bilərsiniz”,-deyə Türkiyə səhiyyə naziri qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Çinin “Sinovac” şirkətinin sözçüsü Liu Peicheng sözügedən vaksini olan insanlardan alınan qan nümunələri üzərində aparılan testlərin ilkin nəticələrinə görə peyvəndin “Delta” variantına qarşı təsirinin üç dəfə azaldığını açıqlamışdı. 

Şirkətin sözçüsü Türkiyədə də tətbiq olunan peyvənd üçün üçüncü dozanın tətbiq edilməsini tövsiyə etmişdi. 

O, iki dozadan sonra üçüncü bir dozanın “Delta” variantına qarşı daha güclü və davamlı bir antikor reaksiyası təmin edəcəyini bildirib

Həmçinin oxuyun

Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?

Ərdoğan Gezi hadisələrinə görə həbs edilmiş Osman Kavalanın azad olunmasını istəyən 10 səfiri “persona non …