Çərşənbə , İyun 29 2022
Ana səhifə / Aktual / Türkiyədə azərbaycanlı aktyorun öldürüldüyü hadisənin – Videosu

Türkiyədə azərbaycanlı aktyorun öldürüldüyü hadisənin – Videosu

İstanbulda azərbaycanlı aktyor Kamran Dadaşzadənin ölümü ilə nəticələnən silahlı insidentin görüntüləri yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, görüntülərdən Fatih bölgəsində iki qrup arasında münaqişənin baş verdiyi və əraziyə gələn polisin onları sakitləşdirməyə çalışdığı görünür. Bu zaman tərəflərdən biri atəş açmağa başlayıb. Polis isə həmin şəxslərə qarşı silah tətbiq edib. Nəticədə 1-i polis olmaqla 7 nəfər xəsarət alıb. Yaralananlar arasında həmin ərazidən keçən Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub.

O, bir neçə il əvvəl Azərbaycanı tərk edərək Türkiyədə aktyorluq fəaliyyətini davam etdirib. Kamran Dadaşzadə Türkiyədə bir sıra seriallarda çəkilib, həmçinin tamaşalarda rol alıb.

Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar vadisi”, “Savaşçı”, “Kardeş payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.https://www.youtube.com/embed/F1lhJlX-R-k

Həmçinin oxuyun

Vüsal Novruzov niyə həbs edilmir?

İyun ayının 20-də Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldı. Əməliyyat vaxtı …