Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Türkiyədə 8 azərbaycanlı tələbə həbs olundu (VİDEO)

Türkiyədə 8 azərbaycanlı tələbə həbs olundu (VİDEO)

Kastamonu Dövlət Universitetində oxuyan 8 azərbaycanlı tələbə həbs edilib.
Bax.tv xəbər verir ki, Kastamonu polis idarəsindən verilən məlumata görə, həmin azərbaycanlılar universitetin birinci kurs tələbələrindən zor gücünə və təhdid etməklə pul və müxtəlif qiymətli əşyalar aldıqları üçün həbs ediliblər. Polis idarəsi həmin həbs edilən azərbaycanlı tələbələrin bir neçəsinin ad və soyadlarının baş hərflərini E.E, F.A, N.A, R.A, M.Y. S.R kimi olduğunu bildirib.
Hətta sonuncu dəfə quldurluqla məşğul olan həmin azərbaycanlılar tələbələrdən birinin barmaqlarını da sındırıblar. Polisin apardığı axtarış zamanı onlardan qandal, beysbol taxtası, bıçaq və şok cihazı götürülüb. Artıq həmin 8 azərbaycanlı haqqında prokurorluq tərəfindən cinayət işi başlanıb.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …