Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Aktual / Türkiyə Çindən təxliyyəyə başladı – Fotolar

Türkiyə Çindən təxliyyəyə başladı – Fotolar

Çində koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindən 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının təxliyyə edilməsi üçün Türkiyə Səhiyyə Nazirliyi “Koca Yusuf” əməliyyatına başlayır.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, Səhiyyə naziri Fəxrəddin Hoca jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Koca Yusuf” adlı “Hercules” hərbi-nəqliyyat təyyarəsi bu məqsədlə Etimesgut Hərbi Hava limanından sözügedən şəhərə uçmağa hazırlaşır. 

Nazirin sözlərinə görə, Uhandan çıxarılacaq vətəndaşlar üçün Çin hökuməti ilə danışıqlar aparılıb, lazımi icazə alınıb.

“Hazırda vətəndaşlarımızda xəstəliklə bağlı hər hansı əlamət aşkarlanmayıb. Ancaq yenə də ilk tibbi müayinə Uhandakı hava limanında heyətimiz tərəfindən göstəriləcək.Təyyarədə ictimai səhiyyə mütəxəssisi də olacaq. Pilotdan tibbi heyətə və vətəndaşlarımıza qədər hər kəs xüsusi bir paltar geyinəcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və sağlamlıq qrupu 14 gün ərzində karantin altında tutulacaq. Heç kimin ağlında hər hansı sual yaranmasın. Türkiyə yoluxucu risk olan bütün xəstəliklərlə əlaqədar hər cür tədbirləri görüb”, -deyə F. Hoca vurğulayıb. 

Həmçinin bildirilib ki, təyyarəyə gəlməzdən əvvəl evakuasiya ediləcək insanlardan sağlam olduqları (istifadə edilməli dərmanlar da daxil olmaqla) barədə bir bəyannamə alacaqlar. Həmin şəxslər  Uhan hava limanında ayrı bir ərazidə yoluxucu xəstəlik mütəxəssisi tərəfindən müayinə ediləcək və daha sonra təyyarəyə daxil olacaqlar.

Bundan başqa, hər kəs maska taxacaq və nəmləndikcə bu maskalar dəyişdiriləcək. Səfər zamanı hər bir şəxsə qablaşdırılmış ərzaq və birdəfəlik içki veriləcək. Eyni anda birdən çox insanın maskasını çıxararaq yemək və maye qəbul etməsinə icazə verilməyəcək.

Xüsusi təchiz edilmiş təcili yardım maşınları ilə Çindən uçuş və tibbi heyət ilə birlikdə gətirilən vətəndaşlar 14 gün karantin altında qalacaqları xəstəxanaya aparılacaqlar.

Bu insanlar digər xəstələrlə təması olmayan, qapısı şifrə ilə açılan otaqlara yerləşdiriləcəklər. Otaqların qapı və pəncərələri daim bağlı qalacaq.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …