Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyirdi… – Deputat

Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyirdi… – Deputat

“Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərir. Yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir: 

“Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı. Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları əsasən qardaş ölkənin turizm bölgələrini əhatə etdiyindən bu Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər. İşsizlik səviyyəsi 13.2 faiz olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1.7 faiz artsa da, əksər makro-iqtisadi göstəriciləri pandemiyadan təsirlənib. Bu baxımdan, meşə yanğınları qardaş ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil”.
Deputat ekoloji problemlərə yol açan meşə yanğınlarını Türkiyənin qısa zamanda nəzarətə alıb tam söndürəcəyinə inanmaqla, qardaş ölkənin bu sinaqdan da çıxacağını və iqtisadi təsirlərinin daha az intervalda minimumlaşdıra biləcəyini diləyib.

Həmçinin oxuyun

Allahşükür Paşazadə niyə susur?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı …