Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Türk serialından qovulan azərbaycanlı aktrisa – “Sevişmədim, öldürdülər…”

Türk serialından qovulan azərbaycanlı aktrisa – “Sevişmədim, öldürdülər…”

Azərbaycanlı aktrisa Nuranə Bağıyeva Star TV-də yayımlanan “Göç zamanı” serialından ayrılma səbəbini açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Hande” obrazını canlandıran həmyerlimiz sevişmə səhnələrindən imtina etdiyi üçün serialdan çıxarıldığını söyləyib:

“İki nəfərlə birgə sevişmə səhnəm var idi. Biri atam yaşında olan Talat Bulut, digəri isə alban aktyor Süküri Çavuşay idi. Çox narahat oldum. Talat Bulut çətinlik çəkdiyimi hiss etdi, mənə kömək olmaya çalışdı. Səhnəni yumşaltdılar. Amma daha sonra yenidən ssenaridə iki kişi ilə sevişmə səhnəsinin yazıldığını gördüm, buna qarşı çıxdım. Ssenaristlər isə mənə ölüm səhnəsi yazdılar, serialdan çıxarıldım”.

Qeyd edək ki, azərbaycanlı aktrisa 5 ildir ki, Türkiyədə yaşayır. O, “Adını Feriha Koydum”, “Lale Devri”, “Esra” kimi məşhur seriallarda rol alıb.

 

Türk serialından qovulan azərbaycanlı aktrisa -  “Sevişmədim, öldürdülər...”
Türk serialından qovulan azərbaycanlı aktrisa -  “Sevişmədim, öldürdülər...”
Türk serialından qovulan azərbaycanlı aktrisa -  “Sevişmədim, öldürdülər...”

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın