Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı – Yenilənib

Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı – Yenilənib

Türkiyə Silahlı Qüvvələrinin minaaxtaranlar qrupu Ermənistanın işğalından azad olunan bölgələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə əməliyyata başlayı

Azinforum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, minaaxtaran qruplar həm ərazilərin minalardan təmizlənməsi işini həyata keçirəcək, həm də Azərbaycan qoşunlarına təlimlər keçəcək.

***

Azərbaycan Müdafiə Nazirliyi də Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

“Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.
Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək. Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …