Cümə axşamı , May 28 2020
Ana səhifə / Aktual / “Türk Hava Yolları”nın təyyarəsindəki siçan uçuşa mane oldu

“Türk Hava Yolları”nın təyyarəsindəki siçan uçuşa mane oldu

“Türk Hava Yolları”nın İstanbul-Frankfurt xətti ilə uçuşa hazırlaşan təyyarənin kabinasında siçanın olması çaxnaşma yaradıb.

Azinforum.az “airporthaber.com” saytına istinadla xəbər verir ki, içərisində 217 sərnişinin olduğu “Airbus 330” təyyarəsi uçuşa hazırlaşarkən kabinada siçanın olduğu aşkarlanıb.

Sərnişinlər və ekipaj üzvləri siçanı gördükdə təyyarədə çaxnaşma yaranıb, sərnişinlər təyyarədən endirilərək terminalda yerləşdiriliblər. Təyyarə yoxlanışa aparılıb sərnişinlər isə başqa təyyarə ilə Frankfurta göndərilib.

Qeyd edək ki, 2004-ci ildə Romadan Pekinə uçuş edən “Türk Hava Yolları”na aid təyyarə ilə sincab aparılan zaman, qəfəslərin möhkəm bağlanılmadığı səbəbindən çoxlu sayda sincab təyyarənin içində sərbəst hərəkət edib və avialaynerin elektron sistemlərini gəmirmişdilər. Həmin hadisə nəticəsində təyyarənin bərpası “Türk Hava Yolları”na 1 milyon dollara başa gəlmişdi.

Həmçinin oxuyun

Ramil Səfərovla bağlı RƏSMİ AÇIQLAMA

Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işinə dair qərarı gözlənilən …

Bir cavab yazın