Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum oldu

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum oldu

Hazırda Rusiya və Türkiyə arasında birgə monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi yekunlaşır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib. Belə ki, birgə mərkəz Ağdamda yerləşəcək.

Bu barədə “Vestnik Kavkaz” məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbçiləri atəşkəsə dronlar vasitəsilə nəzarət edəcəklər.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, Qarabağda 10 noyabr tarixində atəşkəs elan edilib, hərbi əməliyyatlar dayandırılıb. Atəşkəsə riayət edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …