Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Türk deputatın Bakıda infarkt keçirdiyi an – VİDEO

Türk deputatın Bakıda infarkt keçirdiyi an – VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli deputat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu Bakıda infarkt keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən deputat Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov bildirib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: “İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.

Türkiyə KİV-ləri İhsanoğlunun halının pisləşdiyi anın görüntülərini yayıb:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …