Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Turan” agentliyinin Vergilər Nazirliyinin departamentinə qarşı iddiası üzrə hazırlıq iclası başlayır

“Turan” agentliyinin Vergilər Nazirliyinin departamentinə qarşı iddiası üzrə hazırlıq iclası başlayır

Sentyabrın 27-də 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsində “Turan” agentliyinin Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Agentlik 2014-2016-cı illərdə əlavə vergi sanksiyalarının hesablanması və növbədənkənar səyyar yoxlama barədə 7 avqust tarixli qərarın qanunsuz olmasının tanınmasını istəyir. Məhz bu qərarın əsasında agentliyə qarşı vergi ödəməmək ittihamı ilə cinayət işi başlanmışdı.

Hakim Müseyib Bayramov bu iddianın “Turan” agentliyinin digər iddiası ilə bir icraatda birləşdirilməsini təklif edib. Həmin iddiada agentlikdə 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması barədə 16 avqust tarixli qərarın qanunsuz olduğunun tanınması xahiş edilib.

Tərəflər buna razı olublar. İddiaya baxılması oktyabrın 11-nə təyin edilib. Belə ki, ikinci iddia üzrə yığıncaq həmin vaxt olmalı idi.

Turan agentliyinin direktoru Mehman Əliyev KİV-in və ictimaiyyətin prosesə artan marağını nəzərə alaraq təklif edib ki, məhkəmə yığıncağı daha geniş zalda keçirilsin.

Hakim deyib ki, bu məsələyə də oktyabrın 11-də baxılacaq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …