Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Tural Gəncəliyev: “Dağlıq Qarabağın erməni icması ilə dialoqa hazırıq”

Tural Gəncəliyev: “Dağlıq Qarabağın erməni icması ilə dialoqa hazırıq”

“Biz “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətini daha da aktivləşdirməyə çalışacağıq. Azərbaycanın daxilində, xüsusilə də ölkə xaricində keçiriləcək tədbirlərdə – beynəlxalq konfranslarda, simpoziumlarda aktivliyimizi artıracağıq. Ermənilərin yalan məlumatlarının ifşa edilməsi istiqamətində işlərimiz davam etdiriləcək”.

Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ermənilərlə dialoqa hazırdır: “Təəssüflər olsun ki, Ermənistanda Serj Sarkisyan rejimi buna imkan yaratmırdı. Ümid edirik ki, yeni mərhələdə münaqişənin tənzimlənməsi prosesində erməni icması ilə təmaslar quracağıq, konstruktiv dialoqa başlayacağıq. Əsas məqsədimiz Azərbaycanın torpaqlarını işğaldan azad etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək, dağıdılmış tarixi, mədəni, dini abidələri bərpa etməkdir. Bizim doğma yurdlarımıza qayıdaraq erməni icması ilə birlikdə yaşamaq əzmimiz var, buna daim hazırıq. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …