“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev sentyabrın 18-də Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində hazırlanmış videoçarxın nümayiş olunmasından sonra ermənilər tərəfindən təhdidlərə məruz qalıb.
Bu barədə Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, icma tərəfindən hazırlanan həmin videoçarx erməniləri qıcıqlandırıb: “Onlar mənə təhdid dolu şərhlər yazırlar. Hər gün İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik. Amma biz informasiya müharibəsində var gücümüzlə çalışırıq. Bu işləri Qarabağda qələbə ilə yekunlaşdıracağıq”.(report.az)
