Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Turab Musayev Maltada istintaqa cəlbolunma xəbərini təkzib etdi

Turab Musayev Maltada istintaqa cəlbolunma xəbərini təkzib etdi

“SOCAR Trading” şirkətinin əməkdaşlarının Maltada araşdırılan hər hansı cinayət işi üzrə istintaqa cəlb olunması haqqında məlumatlar tamamilə yalandır”.  

” Azinforum.az ” xəbər verir ki, bunu “Report”a “SOCAR Trading”in LNG şöbəsinin rəhbəri Turab Musayev deyib.

“Mənim istintaqa cəlb olunmağımla bağlı xəbər həqiqəti əks etdirmir. İstintaqla bağlı nə mənimlə, nə də şirkətimizin digər əməkdaşları ilə əlaqə saxlanılıb”, – T.Musayev vurğulayıb. 

Xatırladaq ki, bəzi şəxslər tərəfindən xarici KİV-lərdə guya Turab Musayevin istintaqa cəlb olunması barədə məlumatlar yayılıb.

“Maltanın heç bir qəzeti və xəbər agentliyi istintaqa cəlb olunmağımla bağlı məlumat dərc etməyib”, – T.Musayev bildirib.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …