Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tür­ki­yə­nin İq­dır-Di­yar­bə­kir böl­gə­sin­də uca sər­həd di­var­la­rı və Nax­çı­va­nın ter­ror­dan sı­ğor­ta mə­sə­lə­si…

Tür­ki­yə­nin İq­dır-Di­yar­bə­kir böl­gə­sin­də uca sər­həd di­var­la­rı və Nax­çı­va­nın ter­ror­dan sı­ğor­ta mə­sə­lə­si…

“Unut­maq la­zım de­yil ki, PKK-nın er­mə­ni­lər­lə də ya­xın əla­qə­lə­ri var, bu ba­xım­dan da di­va­rın çə­kil­mə­si va­cib sa­yıl­ma­lı­dır”

Ar­zu Na­ğı­yev: “Bü­tün bun­la­ra bax­ma­ya­raq, Azər­bay­can öz sər­həd­lə­ri­ni çox eti­bar­lı şə­kil­də qo­ru­yur”

Tür­ki­yə hö­ku­mə­ti İran­la sər­həd­də 70 ki­lo­metr­lik sədd in­şa et­mə­yə baş­la­yıb. Tür­ki­yə mət­bua­tı­nın ver­di­yi xə­bə­rə gö­rə, ucal­dı­la­caq sədd hün­dür­lü­yü 3 metr və eni 2 metr olan 7 ton­luq be­ton blok­lar­dan iba­rət ola­caq. Mə­lu­ma­ta gö­rə, ti­kin­ti hə­ya­ta ke­çi­ri­lən əra­zi­yə Ağ­rı əya­lə­ti­nin va­li­si Sü­ley­man El­ban baş çə­kib.
Qeyd edək ki, Tür­ki­yə ha­zır­da Su­ri­ya ilə sər­həd­də 900 km uzun­lu­ğun­da səd­din ti­kin­ti­si­ni ba­şa çat­dır­maq üz­rə­dir. Mə­lu­ma­ta gö­rə, di­va­rın ti­kin­ti­si PKK-ya qar­şı yö­nə­lən təd­bir­lər çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ri­lir.
Bu di­var Nax­çı­va­nın da təh­lü­kə­siz­li­yin­də han­sı­sa rol oy­na­ya bi­lər­mi?

Eks­pert Ar­zu Na­ğı­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu­nun Nax­çı­va­na yal­nız xey­ri də­yə bi­lər: “Mə­lum mə­sə­lə­dir ki, İran əra­zi­sin­də PKK-nın ən güc­lü da­yaq dəs­tə­lə­rin­dən bi­ri fəa­liy­yət gös­tə­rir. La­kin Tür­ki­yə­yə qar­şı, ter­ror va­si­tə­lə­ri ki­mi, əsa­sən bu is­ti­qa­mət­dən is­ti­fa­də olun­mur. Ma­raq­lı­dır ki, dağ şə­rai­tin­də dö­yü­şən­lər­lə düz­də dö­yü­şən­lər ara­sın­da fərq var. Bu­na gö­rə də hə­rə­nin öz nə­za­rət əra­zi­lə­ri var. İran­da olan PKK ya­raq­lı­la­rı adə­tən di­gər böl­gə­lər­lə mü­qa­yi­sə­də Tür­ki­yə­yə qar­şı o qə­dər də aq­res­siv de­yil­lər. Bun­lar əsa­sən qa­çaq­mal­çı­lıq­la məş­ğul olur­lar. Tə­bii ki, di­var çə­kil­mə­sin­də əsas məq­səd­lər­dən bi­ri də məhz bu­nun qar­şı­sı­nın alın­ma­sı­dır. Hə­min qa­çaq­ma­la in­san, yə­ni miq­rant mə­sə­lə­lə­rin­dən tut­muş, si­lah-sur­sat, neft məh­sul­la­rı da da­xil­dir. Yə­ni bu ba­xım­dan Nax­çı­va­na olan təh­did­lə­rin də qar­şı­sı alı­na bi­lər. Yə­ni əsas mə­sə­lə qa­nun­suz sər­həd keç­mə­nin, qa­çaq­ma­lın qar­şı­sı­nın alın­ma­sı ola bi­lər. Əl­bət­tə, ter­ro­ra qar­şı da bu mü­hüm bir amil­dir, unut­maq la­zım de­yil ki, PKK-nın er­mə­ni­lər­lə də ya­xın əla­qə­lə­ri var, bu ba­xım­dan da di­va­rın çə­kil­mə­si va­cib sa­yıl­ma­lı­dır. Bü­tün bun­la­ra bax­ma­ya­raq, Azər­bay­can öz sər­həd­lə­ri­ni çox eti­bar­lı şə­kil­də qo­ru­yur. İs­tə­ni­lən cəh­din qar­şı­sı­nı al­ma­ğa qa­dir olan Sər­həd Xid­mə­ti­miz möv­cud­dur. Tür­ki­yə ilə İran ara­sın­da olan sö­zü­ge­dən əra­zi­lər Nax­çı­van sər­hə­di­nə də çox ya­xın­dır. Bu ba­xım­dan gö­rü­lən təh­lü­kə­siz­lik təd­bir­lə­ri bi­zim üçün önəm­li­dir. Qon­şu­lu­ğu­muz­da nə qə­dər sa­kit­çi­lik ol­sa, bir o qə­dər bi­zə xe­yir­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın