Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Tufandağda itkin düşən idman klubu üzvlərini aparan sürücü: “Onlar dərədə çadır qurmuşdular”

Tufandağda itkin düşən idman klubu üzvlərini aparan sürücü: “Onlar dərədə çadır qurmuşdular”

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb

Azərbaycanda Tufandağ istiqamətində 3 gənc itkin düşüb. Onlar “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Namiq Bünyadov, Babur Hüseynov və Fəridə Cəbrayıldır.

Hazirda helikopterlerle axtaris aparilir, klubdan BBC Azərbaycancaya bildiriblər.

Tufandağda son günlərdə şaxtalı hava şəraiti müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova BBC Azərbaycancaya bildirib ki, iki gün əvvəl havanın temperaturu mənfi 10-13 dərəcəyə düşüb, 26-da isə 17 dərəcə şaxta olub:

“Küləyin sürəti saniyədə 2-5 metrə çatıb, dünəndən isə sürət saniyədə 7-10 metrə çatıb. Amma külək bütün günü olmayıb, bəzi saatlarda zəifləyib. Havanın sonrakı bir neçə gündə də şaxtalı, küləkli olacağı gözlənir”.

Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Xınalıqdan Rasim adlı sakin BBC Azərbaycancaya bildirib ki, dekabrın 23-də onları Tufandağ istiqamətində aparıb, sonradan onlar dəstə rəhbərlərinə dərədə olduqlarını və çadır qurduqlarını söyləyiblər. Amma sonradan onlarla əlaqə kəsilib, -surücü deyib. O əlavə edib ki, klub üzvlərini axtaran dəstəyə bələdçilik edərək xilasediciləri gənclərin maşından düşdükləri yerə aparıb.

“Gilavar” – hava və ekstrim idman klubu Facebook səhifəsində məlumat yayaraq bildirib ki, klubun üzvləri Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət ediblər: “Dostlarımız olduqca təcrübəlidirlər və əminik ki, hər şey qaydasındadır”, açıqlamada bildirilib.

Hazırda Xınalıqda olan əməkdaşımız Tufandağ istiqamətində vertolyot ucduğunu müşahidə edib.

http://www.bbc.com/azeri/azerbaijan-42491497

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …