Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Tufan” Xəzərdə döyüş fəaliyyətinə başladı

“Tufan” Xəzərdə döyüş fəaliyyətinə başladı

Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilən S-206 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə baş­layıb.

Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb”.

Qeyd edək ki, bu ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyev “Tufan” gəmisinə baxış keçirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …