Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / Tualetdə çəkilmiş videosu ilə şantaj edildiyini deyən Əli Həsənova sosial şəbəkədə nə yazdılar?

Tualetdə çəkilmiş videosu ilə şantaj edildiyini deyən Əli Həsənova sosial şəbəkədə nə yazdılar?

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tualetdə çəkilmiş videosu ilə şantaj edilməsi ilə bağlı açıqlama yaydıqdan sonra sosial şəbəkələrdə müzakirələr başlayıb.

Pravda.az-ın xəbərinə görə, Ə.Həsənov “Twitter”dəki paylaşımında belə, tənqid edilib.

Ona “Bumeranq qanunu…”, “Dadı necədir belə hədə-qorxunun? Xoşuna gəlirmi?”, “O videoda ayıb bir şey yoxdur. Niyə bizim ərgənlər kimi tvit atırsınız?”, “Sən kimə deyirsən?!”, “Qabaqdan gəlmişliyə bax…”, “Bir gün hər kəs pozduğu qanunlara ehtiyac duyacaq bir təcrübə də var”, “Görürsən, vaxt var idi, siyasi aktivistlərin videoları yayılanda bunun təşkilatçılarından biri də sən olurdun. İndi, yəqin, başa düşürsən, insanların özəl videolarını yaymaq və ya şantaj etmək necə çirkin işdir”, “Müəllim, tualetdə neyləmisiniz axı? Lap maraqlı oldu, niyə tualetdə?”, “Öz cəzandır, çək!”, “Cənab Həsənov, bu, pis bir metod idisə, jurnalistlər şantaj olunanda, pisləyərdiniz. Gec deyilmi? Şantajın oyun qaydası kimi qəbul olunmasının qarşısını almaq səlahiyyəti sizdə deyildimi?” şərhlər yazılıb.

Ekspert Natiq Cəfərli isə məsələyə belə reaksiya verib: “Əli Həsənovun 61 yaşı var, deyir, mənə qarşı kompromat düzəldiblər, erotik videomu çəkiblər. Ay Əli müəllim, bu yaşda erotik video kompromat deyil e, komplimentdir”.

Qeyd: Ə.Həsənov yaydığı açıqlama qeyd edib ki, nə zamansa tualetdə gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərini yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alır: “Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”.

Həmçinin oxuyun

“Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır…”

Bu gün Yerevanda, Ermənistanın əslində mövcud olmayan “müstəqilliyinin” 30 illiyinin qeyd olunması mərasimlərində jurnalistlər Baş …