Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / Tualetə bomba haqda məktub qoyan sərnişin tapıldı

Tualetə bomba haqda məktub qoyan sərnişin tapıldı

Bakıda Rusiya təyyarəsi ilə əlaqəli aviainsidentin yeni təfərrüatları məlum olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarə Bakı aeroportuna təcili eniş enən kimi 207-i böyüklər olmaqla 216 sərnişin və 9 heyət üzvü evakuasiya olunub. Nə baş verdiyini anlamayan sərnişinləri aeroportun binasında yerləşdiriblər.

E1.ru bildirir ki, pilot təcili eniş barədə müraciəti dispetçer xidmətinə xeyli gec edib. Bu səbəbdən o təyyarəni aeroporta birbaşa endirmək əvəzinə spiralvari dövrə vurmalı olub. Rusiyanın Bakıdakı səfirliyindən bildiriblər ki, hazırda mütəxəssislər təyyarədə axtarış aparır. Əgər partlayıcı barədə məlumat təsdiqlənməsə xüsusi xidmətlər bu haqda yalan məlumat vermiş şəxsi axtaracaqlar. O, kimdirsə sərnişinlərin arasındadır. “Demək istəyirik ki, Azərbaycan xidmətləri yaxşı işləyirlər. Sərnişinlərdən şikayət daxil olmayıb”-səfirlikdən bildiriblər.

Son anda İnterfaks-ın yaydığı məlumata əsasən insidentlə bağlı 35d saylı kresloda oturmuş sərnişin saxlanılıb. Bomba haqda yalan informasiyanın yer aldığı məktubu tualetə onun qoyduğu təsdiqlənib. Hazırda həmin sərnişin sorğu-sual edilir.

*  *   *15:30

Flightradar-ın interaktiv xəritəsinə əsasən təyyarə Bakıya enməzdən əvvəl havada iki dövrə vurub. İlkin məlumata görə göyərtədə bomba olduğu haqda məktub təyyarənin tualetində tapılıb.

Rusiyanın Azərbaycandakı səfirliyi təyyarə ilə bağlı insidenti araşdırdıqlarını, məlumatların yoxlanıldığını bildirir.

Rusiya KİV-lərinin xəbərlərinə görə hazırda bütün sərnişinlər təyyarədən evakuasiya olunub. Təyyarə təhlükəsizlik və fövqəladə xidmətlərin əməkdaşları daxil olublar. Onlar göyərtədə yoxlama aparır. Yoxlamadan sonra təyyarənin Moskvaya uçacağı gözlənilir.

*   *   *15:17

“Ural Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, təyyarə Bəhreyndən Moskvaya uçurmuş.

İlkin məlumatlara görə, pilota təyyarənin göyərtəsində bomba olması barədə yazılmış kağız parçası ötürülüb və o. təcili eniş barədə qərar qəbul edib.Посмотреть изображение в Твиттере

Посмотреть изображение в Твиттере

AIRLIVE@airlivenet

Ural Airlines #U61116 to Moscow is declaring an emergency https://www.radarbox24.com/flight/U61116 1214:37 – 11 мар. 2019 г.Смотреть другие твиты AIRLIVEИнформация о рекламе в Твиттере и конфиденциальность


Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …