Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “TTY-nin gətirdiyi nənəmi xəstəxanaya buraxmadılar” – Video

“TTY-nin gətirdiyi nənəmi xəstəxanaya buraxmadılar” – Video

“Təcili Tibbi Yardım nənəmi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına apardı, 40 dəqiqə gözlətdikdən sonra vəziyyəti daha da ağırlaşan qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirdilər”. 

Bu sözləri “Qafqazinfo”ya müraciətində COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli deyib. Bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər:

“Xəstəxanadan əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini dedilər. Nənəmin vəziyyəti daha da ağırlaşdı. Məsələ ilə bağlı TƏBİB-ə iki dəfə şikayət etsək də cavab verilməyib”.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri “Qafqazinfo”ya bildirib ki, TƏBİB tərəfindən qabaqcadan xəstəxanalardakı boş yerlərin siyahısı Təcili Tibbi Yardıma verilir:

“Təcili Tibbi Yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz. Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil. 

Bununla bağlı təcili yardıma şikayət olunmalı və araşdırma aparılmalıdır. Yox əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır”. 

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyindən karantin rejimi ilə bağlı əhaliyə – Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. …