Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / TSEK sədrinin evindən 230 min çıxdı

TSEK sədrinin evindən 230 min çıxdı

Cəlilabadda rüşvət üstündə tutulan məmurun evindən külli-miqdarda pul çıxıb.

Axar.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın mənzilinə baxış zamanı 230 min manat götürülüb. Xəbərdə deyilir ki, bu pulları mənzilindəki seyfdə saxlayıbmış.

Qeyd edək ki, virtualaz.org-un verdiyi məlumata görə, aprelin 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları TSEK sədrini həbs edib. X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.

Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.

Baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox “VTEK” kimi tanınan 30 saylı TSEK-dən olub.

X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın “sağ əli” sayılan tibb bacısıdır.

X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyib. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın