Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / “TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır – FOTO/VİDEO

“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır – FOTO/VİDEO

Ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadəcə bir cümlə ilə ifadə etmişdi Taryel dayı: “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”.
Onun “TRT Haber”ə verdiyi bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldı. 
Bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, hələ də bədənindədir…
O güllə çıxmasa da, bu gün gedən döyüşlərdə qazanılan uğurlar Taryel Şahverdiyevin ürəyindən tikan çıxarır.
Qafqazinfo-nun əməkdaşları Gəncəyə gedərək, Taryel Şahverdiyevlə görüşüb. Qarabağ qazisi bildirib ki, bu gün də öz komandası ilə döyüşməyə hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …