Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Tramp it kimi hürərək bizi qorxutmağa çalışır…” – Gərginlik yüksəlir

“Tramp it kimi hürərək bizi qorxutmağa çalışır…” – Gərginlik yüksəlir

Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho Şimali Koreyanı məhv etməklə təhdid edən ABŞ prezidenti Donald Trampı \”hürən it\” adlandırıb.
Moderator.az xarici mediaya istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyanın iclasları üçün ABŞ-ın Nyu-york şəhərində yerləşən Ri Yong Hi jurnalistlərə açıqlamasında Donald Trampın \”ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq\” sözlərinə cavab verib.
Trampın \”it kimi hürərək onları qorxutmağa çalışdığı\” ifadəsini işlədən Ri ABŞ prezidentinin Şimali Koreya lideri Kim Jong üçün \”raket adam\” bənzətməsi haqqında da \”Trampın müavinlərinə yazığım gəlir\” deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp BMT Baş Assambleyasındakı çıxışında nüvə proqramını davam etdirməsi halında Şimali Koreyaya qarşı lazımi bütün addımları atmağa hazır olduqları mesajını vermişdi. Tramp \”Raket adam, həm özü, həm də rejimi üçün intihar missiyasındadır. Əgər ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalarsa Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. ABŞ buna hazırdır, istəklidir və bunu edə bilər ancaq buna ehtiyac qalmamasını ümid edirəm\” demişdi.
BMT Baş Katibliyi Şimali Koreyanın bu il ərzində 19 dəfə balistik raket sınadığını, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı 12 dəfə toplandığını açıqlamışdı.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın