Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Tramp Azərbaycan vasitəsilə qaz ixracına ümid edir

Tramp Azərbaycan vasitəsilə qaz ixracına ümid edir

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

Bu barədə D.Trampın Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda deyilir. 

Təbrikdə qeyd olunur: “Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək”. 

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb. (Trend) 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …