Ana səhifə / Toysuz qalan müğənnilər Məhərrəmlikdə nə edirlər?

Toysuz qalan müğənnilər Məhərrəmlikdə nə edirlər?

Hazırda Məhərrəmlik ayı davam edir. Bu aylarda bir çoxları toy, şənlik etmədiyi üçün restoranların əksəriyyəti fəaliyyətini dayandırıb. El şənliklərindən, oxuyub-oynamaqdan gəlir əldə edən sənətçilərin də fəaliyyətində durğunluq yaranıb. 
Adətən, Məhərrəmlikdə istirahət edən, vaxtını mahnı yazdırmağa ayıran müğənnilər bu il nə işlə məşğuldur?
Musavat.com şou-biznes nümayəndələrinin Məhərrəmlik ayını necə keçirdikləri haqqında yazı hazırlayıb.
 
Müğənni Aygün Kazımova Məhərrəmlik ayını əsasən mağaza açılışlarına və müxtəlif telekanalların efirinə çıxmaqla keçirir.
Müğənni Faiq Ağayev həmkarından fərqli olaraq vaxtını konsert hazırlıqlarına sərf edir. O, dekabrın 29-30-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Müğənni Röya Ayxan bu aralar televiziya proqramlarına qatılmağa üstünlük verir. Ard-arda proqramlara qonaq olan müğənni eyni zamanda noyabrın 25-də Heydər Əliyev Sarayında verəcəyi konsertə hazırlaşır.
Ölkədən çıxışına qadağa qoyulan müğənni Abbas Bağırov ötən həftə “İndi günah nə səndədir, nə məndə” mahnısını təqdim etdi. Sosial şəbəkədə aktivliyi ilə seçilən sənətçi vaxtını idman zalında keçirir.
Müğənni Aygün Bəylər də konsertə hazırlaşır. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan müğənni dekabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasında “Sən elə bir zirvəsən” adlı solo konsert verəcək.
Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə istirahətə yollanıb. Ayrılacaqları deyilən cütlük əvvəl Almaniyanın, sonra Fransanın bir neçə şəhərini gəzib. Nadir istirahət fotolarını sosial şəbəkədə paylaşıb.
Rəqqasə Fatimə Fətəliyeva istirahətdən yeni qayıdıb. Rəqqasə oğlu ilə Ukraynanın Lvov vilayətinə yollanmışdı.
Müğənni Elnarə Xəlilova Bakıdan kənara çıxmayanlardandır. 4-cü övladını dünyaya gətirən Elnarə vaxtının çoxunu uşaqlarına ayırıb. Eyni zamanda “Space” televiziyasında “Xanımlar saatı” verilişinin aparıcılığını edir.
Müğənni Xatirə İslam bu ərəfədə efirlərə çıxmağa üstünlük verir. Müğənni eyni zamanda sosial şəbəkədə xınayaxdı mərasimi təşkili ilə məşğul olan komandasının reklamı ilə məşğuldur.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın