Bazar ertəsi , Mart 18 2019
Ana səhifə / Aktual / Tovuzda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

Həmçinin oxuyun

“Nar”dan yeni kampaniya – Xaricə gedənlər rominqlə internet, “WhatsApp”la pulsuz yazışma və səsli zəng edəcəklər

“Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir.  …