Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Tovuzda dağı partladıb yol çəkirlər – Fotolar

Tovuzda dağı partladıb yol çəkirlər – Fotolar

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər yekunlaşmaq üzrədir.

Belə ki, yolun 8 km uzunluğa malik hissəsində ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …