Ana səhifə / Tolik: “İlhamə Quliyevanın ölümünə sevinənlərin sonu bəlli deyil”

Tolik: “İlhamə Quliyevanın ölümünə sevinənlərin sonu bəlli deyil”

Xalq artisti İlhamə Quliyevanın il mərasimini təşkil edən prodüser Tolik sənətçi haqda təəssüratlarını  bölüşüb.

Musavat.com saytına açıqlama verən prodüser  bildirib ki, xalq artistinə vəfa borcu var: “İlhamə xanım mənim anam, qohumum deyil. Ona vəfa borcum var. Bu gün Tolik kimi tanınıramsa bunu İlhamə  xanıma borcluyam. O məni Röya ilə tanış etməsəydi, indi burada olmazdım. Məclisdə gördüyünüz sənətçiləri də mən dəvət etmişəm, gələnlərə təşəkkür edirəm. Heç kim evində oturub sevinməsin ki, İlhamə Quliyeva ölüb. Bir gün hamımız öləcəyik. Sonumuzun necə olacağı bəlli deyil. İlhamə xanımın arzusu o idi ki, xəstəxanada, illərlə əziyyət çəkərək ölməsin. Allah səsini eşitdi və əziyyət çəkmədən onu yanına apardı. Allah İlhamə Quliyevaya rəhmət etsin”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın