Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Tofiq Yaqublu və Əli İnsanovun saxlandığı müəssisədə işıq sönüb

Tofiq Yaqublu və Əli İnsanovun saxlandığı müəssisədə işıq sönüb

Penitensiar Xidmət vəziyyətə aydınlıq gətirdi; Yaşar İsakov: “Tezliklə elektrik enerjisinin verilişi bərpa olunacaq”
Havaların qarlı-şaxtalı keçdiyi bu günlərdə bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində (CM) elektrik enerjisinin təchizatı ilə bağlı problem yaranıb.
Qəzetimizin köşə yazarı Tofiq Yaqublunun da saxlandığı bu müəssədəki durumla bağlı onun qızı Nigar Yaqublu bu barədə bildirib. Nigar xanım özünün facebook statusunda aşağıdakıları yazıb: “İndicə atam ilə danışdım. Hər kəsin bayramını təbrik edir. Bu şaxtalı qış günündə 13 saylı CM-də nə işıq var, nə də ki, normal qaz. Adamın bu soyuqda çöldə 1dəq. qala bilmədiyi halda, məhbuslar çöldə, soyuq otaqlarda saxlanılırlar. İndi onlar xəstələnsə, yenə onların cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox!”
Vəziyyətlə əlaqədar Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakovla əlaqə saxladıq. Xidmət rəhbəri bildirdi ki, elektrik enerjisinin kəsilməsinə səbəb baş vermiş qəzadır: “Qızıldaş qəsəbəsində yerləşən transformatorun içindəki yağ açarı yanıb. Müəssisə rəhbərliyi vəziyyətlə əlaqədar hər 15 dəqiqə, yarım saatdan bir “Azərişıq”la əlaqə saxlayır. Onlara bildirilir ki, təmir işi davam edir və tezliklə elektrik enerjisinin verilişi bərpa olunacaq”. Y.İsakov məhbus ailələrini narahat olmamağa çağırdı, bildirdi ki, problem tezliklə aradan qaldırılacaq.
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə vəziyyətlə bağlı araşdırma apardıqdan sonra Musavat.com-a detallı məlumat verəcəyini bildirdi.
Qeyd edək ki, 13 saylı CM-də T.Yaqublu ilə yanaşı, sabiq səhiyyə naziri Əli İnsanov da cəza çəkir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın