Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / “TikTok”da zarafat edən səfir geri çağırıldı – Video

“TikTok”da zarafat edən səfir geri çağırıldı – Video

Boliviyanın Paraqvaydakı səfiri Mario Kronembold Aponte “TikTok”da zarafat etdiyinə görə vəzifəsindən azad olunub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb diplomatın “TikTok”da Paraqvayın ənənələrindən biri barədə qeyri-ciddi paylaşım etməsi olub.

Bundan sonra Paraqvay Deputatlar Palatası paylaşımın təhqiramiz olduğuna qərar verib. Kronembold “persona non qrata” kimi tanınıb.

Qeyd edək ki, diplomat tənqidlərdən sonra videonu silib. Mario Kronembold Aponte videoda Paraqvayda ənənəvi içki olan “terere” haqqında zarafatla danışıb və yerli sakinlərə xas olan danışıq tərzini yamsılayıb. 

Həmçinin oxuyun

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov …