Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Tibb Universitetinin dosenti: “Tarif Şurası necə gəldi qərar qəbul edir”

Tibb Universitetinin dosenti: “Tarif Şurası necə gəldi qərar qəbul edir”

“Kiminsə istixanası varsa, bizə nə, getsinlər qazın limitini onlara tətbiq etsinlər”.
Bunu Moderator.az-a açıqlamasında Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov qazın limiti haqqında danışarkən deyib. 
R.Mahmudov bildirib ki, konkret olaraq qaza bir qiymət qoyulmalı və limiti də sadə vətəndaşlara yox, istixanası olan şəxslərə tətbiq etməlidirlər:
“Qazın kimitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılmasını müsbət qarşılayıram. Yaxşı addımdır. Amma demək olmaz ki, bu yetərlidir. Adamların çox indi limiti keçdiyinə görə əlavə pul ödəyir. Qazın konkret olaraq bir qiyməti olmalıdır. 
Qaldı ki kiminsə istixanası varsa, bundan mənə nə, getsinlər qazın limitini onlara tətbiq etsinlər. Bunlar bu millətin nəfəsin kəsmək istəyirlər. Baxırsan ki, Tarif Şurası necə gəldi qərar qəbul edir”. 

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …