Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Texniki Universitetdə tələbələr koronavirusa yoluxublar – Bir neçə qrupda əyani dərslər bağlanıb

Texniki Universitetdə tələbələr koronavirusa yoluxublar – Bir neçə qrupda əyani dərslər bağlanıb

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi – 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi – 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi – 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

Ali təhsil müəssisəsindən Mia.az-a verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan üç tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …