Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Terrorçularla bir masaya oturmayacağıq” – Ərdoğan

“Terrorçularla bir masaya oturmayacağıq” – Ərdoğan

“Türkiyənin heç bir ölkənin torpaqlarında, heç bir cəmiyyətin azadlığında gözü yoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında deyib.

Onun sözlərinə görə, terrorçularla bir masaya başqaları otura bilər: “Bu, bizi maraqlandırmır. Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər”.

“Silah dolu 30 min TIR-ı kimə göndəriblər? Bunların çıxışında vurğuladıqları budur: “Bizim dollarımız var”, “neftimiz var”. Mən inanıram ki, fikir azadlığı dollara dəyişdirilməyəcək. Beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyimiz halda bu addımı atmadılar. Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq. Avropa İttifaqı ölkələri, NATO üzvləri terror qruplaşmasını müdafiə etdilər. Odur ki, terrora qarşı olanlar bunu açıq şəkildə əməli olaraq göstərməlidir. Biz babalarımızın olduğu bütün yerlərdə – Asiyadan Afrikayadək hər yerdə varıq. Afrikadan Cənubi Amerikayadək bizə uzadılan əlləri tutacağıq. Biz özümüz üçün nə istəyiriksə, dünya üçün də onu istəyirk. Dünya I Dünya müharibəsindən sonra dünya deyil, dəyişib. BMT-də islahatlar həyata keçirməliyik. Terror qruplaşmalarının mirzələrindən deyil, bizi bizdən dinləyin”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …