Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / TƏQAÜDƏ GÖNDƏRİLƏN GENERALA YENİDƏN VƏZİFƏ VERİLDİ – Bağırov qərarını niyə dəyişdi? + FOTO

TƏQAÜDƏ GÖNDƏRİLƏN GENERALA YENİDƏN VƏZİFƏ VERİLDİ – Bağırov qərarını niyə dəyişdi? + FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis təyin edilib.

Bununla bağlı DGK sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəis təyin

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə də  yeni rəis təyin olunub.

Komitədən verilən məlumata görə,, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun imzaladığı əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.

Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi. 

Belə görünür ki, Şahin Bağırov ciddi kadr problemi ilə üzləşib və qərarını dəyişməli olub. O da mümkündür ki,  Dövlət Gömrük Komitəsinin sədrini sonradan Güloğlan Muradlı ilə bağlı “səhv etdiyinə”, onun hələ təqaüd yaşının çatmadığına inandırıblar… 

“AzPolitika.info” 

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …