Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Telman İsmayılovun otelinə müştəri tapıldı

Telman İsmayılovun otelinə müştəri tapıldı

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində açdığı “Mardan Palace”yə müştəri tapılıb.

“Qafqazinfo” xəbər verir ki, külli miqdarda borc səbəbindən “Halkbank” tərəfindən həbs qoyulan bu otelin “Rixos” otellər qrupuna satılacağı bildirilir.

Məlumata görə, tikintisinə 1,4 milyard dollar xərclənən və dünyanın ən lüks oteli seçilən “Mardan Palace” bir neçə gün sonra yeni sahibinin xidmətinə keçəcək.

“Rixos”un İdarə Heyətinin sədri Fəttah Tamincə bildirib ki, hazırda görüşmələr və danışıqlar davam edir: “Bir-iki məsələni dəqiqləşdirməyə çalışırıq. Bir neçə gün sonra nəticəni ictimaiyyətə elan edəcəyik”.

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …