Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Telman İsmayılovun oğulları da müflis oldu – FOTO

Telman İsmayılovun oğulları da müflis oldu – FOTO

Məşhur azərbaycan əsilli rusiyalı iş adamı, keçmiş milyarder Telman İsmayılovdan sonra oğulları da müflis olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, keçmiş milyarderin oğullarına aid olan “AST İnşaat Turizm” QSC-dən müflis olduqları bildirilib.

Sentyabrın 19-da İstanbul Anadolu 3.Asliye Ticarət Məhkəməsi şirkətin müflis elan olması ilə bağlı qərar verib.

Qeyd edək ki, müflis olan şirkət 2004-cü ilin 14 oktyabr tarixində 220 milyon lirə sərmayə ilə qurulub. Şirkətin idarə heyətinin sədri Telman İsmayılovun oğlu Sərxan İsmayılov, müavini Natiq Abbasov olub. Şirkətin idarə heyətinin üzvlüyünü də Telman İsmayılovun digər oğlu Ələkbər İsmayılov və bu yaxınlarda məşhur rusiyalı müğənni Avraam Russonu qaçırmaqda, həmçinin döyməkdə ittiham olunan və 2 aylıq həbs edilən qardaşı oğlu Zaur Mərdanov edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …