Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Telli Borçalı sevgilisinin valideynlərini hədələyibmiş? –FOTO

Telli Borçalı sevgilisinin valideynlərini hədələyibmiş? –FOTO

Ötən gün  aşıq Telli Borçalı (əsil adı Telzadə Qurbanova – İ.V.) və özündən 17 yaş kiçik sevgilisi Ariz Hüseynov haqda xəbər sosial şəbəkələrdə və mətbuatda ajiotaja səbəb olub.
Bu gün redaksiyamıza sözügedən məsələ ilə bağlı daha bir maraqlı informasiya daxil olub. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, Arizin valideynləri bir müddət öncə onu evləndirmək istəyirmişlər, hətta elçiliyə getmək də planlaşdırılıbmış. Lakin son anda Telli Borçalı buna mane olub:
“Arizin valideynləri elçi getmək istəyirdilər. Xəbər gəlib Telliyə çatanda Arizin valideynlərinə zəng vurub deyib ki, əgər belə bir şey etsəniz, oğlunuz üçün çox pis olacaq. Ondan sonra valideynlər oğullarına görə qorxub geri çəkiliblər. Telli Marneuli rayonunun Qasımlı kəndindəndir, Ariz də Borçalıdandır. Ona görə də bir-birlərini yaxşı tanıyırlar”.
Mənbə aşıqla bağlı daha bir ilginc informasiya ötürüb. Ancaq indilikdə həmin informasiyanı tirajlamağı lazım bilmirik.
Xatırladaq ki, sənətçi cütlük artıq üç ildir bir yerdədirlər. Telli Borçalı 1969-cu ildə, Ariz Hüseynov isə 1986-cı ildə anadan olub.(Ölkə.Az)

Həmçinin oxuyun

“Görüşlərimiz faydalı oldu” – Ceyhun Bayramov

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. …

Bir cavab yazın