Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / “Televiziyalarımızda milli musiqimizə çox ögey münasibət göstərirlər…” – Tanınmış tarzən…

“Televiziyalarımızda milli musiqimizə çox ögey münasibət göstərirlər…” – Tanınmış tarzən…

“Bu gün televiziyalarımızda təqdim olunan mahnıların mənşəyi bilinmir”
Bunu Moderator.az-a açıqlamasında məşhur tar ifaçısı, xalq artisti Möhlət Müslümov deyib. Xalq artisti bildirib ki, bu səbəbdən də milli musiqimizə efirlərimizdə ögey münasibət göstərirlər:
“Əslində, bizim milli musiqimizə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva çox yüksək qiymət verib. Televiziyalarımızda milli musiqimizə çox ögey münasibət göstərirlər. Bu gün televiziyalarımızda təqdim olunan mahnıların mənşəyi bilinmir. Necə ki, zəhərlənməmək üçün mənşəyi bilinməyən qidalara diqqət edirik, təqdim olunan musiqilər də ona bənzəyir. Efirlərimizdə saza, tara çox az yer verilir. İstəyərdim ki, heç olmasa gün ərzində milli musiqimizə 30 faiz yer verilsin”.
Xalq artisti bildirib ki, gənc tar ifaçılarına da şərait yaradılmalıdır:
“Bu gün yeni gənc tar ifaçılarımız yetişir. Onlara sənətlərini inkişaf etdirmək və ifa etmək üçün şərait yaratmalıdırlar. Televiziyalarımızda ansambllarımızı heç itirib-axtaran yoxdur. Verilişlərə dəvət edəndə də deyirlər ki, beş nəfər gəlin. Beş nəfər ansambl deyil axı, ansamblın tərkibində 17-18 nəfər musiqiçi olur. Hər alətin öz səsi olmalıdır. Toya da beş nəfər çağırırlar. Onda da qarmonla, klarnetin səsi gəlir. Bu da qədimdə olan arvad toylarına bənzəyir. Arzu edərdim ki, ansambllarımıza yer versinlər, onlara qonarar təklif etsinlər. Düşünürəm ki, dövlətimizin bundan xəbəri olsa, bir tədbir görülər”.

Həmçinin oxuyun

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” – Müdafiə Nazirliyi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə …