Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Teleaparıcı Leyla Süleymanova: “Boksçu ərim məni döyür, deyir səni boşayıb Aleyna Tilkiyi alacam…”

Teleaparıcı Leyla Süleymanova: “Boksçu ərim məni döyür, deyir səni boşayıb Aleyna Tilkiyi alacam…”

İstanbulda yaşayan azərbaycanlı teleaparıcı Leyla Süleymanova həyat yoldaşı, türkiyəli boksçu Sinan Ulutürk tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Cütlük boşanmaq üçün məhkəmədə qarşılıqlı iddia qaldırıb.

Azinforum.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Süleymanova əri tərəfindən döyüldüyünü deyib.

“Həyat yoldaşım deyir ki, sən məndən böyüksən. Sən də özünü qadın hesab edirsən? Səni boşayıb Aleyna Tilki ilə evlənəcəm. Bir gün oğlumun yanında məni döydü, uzun müddət təpik və yumruqlarının ağrısını hiss etdim”, -Süleymanova qeyd edib.

Leyla Süleymanova Sinan Ulutürkdən 10 yaş böyükdür. Onlar 6 il əvvəl ailə qurublar. Leyla bildirib ki, həyat yoldaşı tərəfindən dəfələrlə fiziki və mənəvi işğəncələrə məruz qalıb. Buna görə də boşanmaq üçün məhkəməyə müraciət edib. O, boksçu həyat yoldaşından 500 min lirə təzminat istəyir.

Leyladan sonra Sinan da məhkəməyə müraciət edib. O, Süleymanovanı xəyanətdə günahlandıraraq 1 milyon lirə təzminat tələb edir. Sinan bildirib ki, Leyla onu əvvəlki sevgililəri ilə müqayisə edərək alçaldır: “Həyat yoldaşım pul qazanmaq və dəbdəbəli həyat sürmək üçün məni özümdən qat-qat güclü olan rəqiblərlə boks yarışlarına çıxarırdı”.

Qarşılıqlı ittihamları ilə diqqət çəkən cütlük 3 il əvvəl də boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onların boşanma tələbini qəbul edib, lakin son anda barışıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …