Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Aktual / Teatrdan Manafovla bağlı daha bir açıqlama

Teatrdan Manafovla bağlı daha bir açıqlama

Səməd Vurğun adına Rus Dram Teatrı  Xalq artisti Fəxrəddin Manafovun işdən ayrılması barədə verdiyi açıqlamaya münasibət bildirib. Teatrın direktor müavini İlham Məmmədov “Qafqazinfo”ya danışaraq məşhur aktyorun ittihamları ilə razılaşmadığını qeyd edib:

“Burada böyük bir problem yoxdur. O, bizim teatrın aktyorudur. Biz Fəxrəddin Manafovu teatra vaxtında dəvət etmişik ki, burada işləsin. Biz onu çıxarmaq üçün işə gətirməmişik ki…Doğrudan da, o, istedadlı şəxsdir.

Manafov açıqlama verib ki, teatr özünü PR etmək üçün onun adını afişalara salır, artıq pul qazanmaq istəyir. Bu, düzgün deyil. Rus Dram Teatrı ən yaxşı teatrlardan biridir. Bizə belə şeylər lazım deyil. Bundan başqa, Xalq artistimiz üçün iki tamaşa təqdim etmişdik. Birini özü istəmədi, digər tamaşada isə səhnəyə çıxdı. Xaricdən rejissor filan da tamaşa üçün dəvət etmişdik. Bu mövzunu uzatmaq nəyə lazımdır”.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo”nun verdiyi xəbərə …