Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Tbilisidəki aksiya dağıdıldı: xəsarət alanlar və saxlanılanlar var

Tbilisidəki aksiya dağıdıldı: xəsarət alanlar və saxlanılanlar var

Gürcüstan parlamenti ətrafındakı aksiyanın dağıdılması zamanı saxlanılan şəxslərin sayı 37 nəfərə çatıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın dağıdılması zamanı iki polis əməkdaşı və dörd etirazçı xəsarət alıb.

**21:23 (18.11.2019)

Tbilisidə Gürcüstan parlamenti ətrafında keçirilən aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

DİN-dən qeyd olunub ki, parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir.

Bu arada məlum olub ki, Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamaq niyyətindədirlər.

Bu barədə qanunverici orqanın binası qarşısında keçirilən aksiyada bildirilib.

Gürcüstan parlamenti isə fəaliyyətini bərpa edib. Büro iclasında çıxış edən spiker Arçil Talakvadze bildirib ki, parlament bütün əsas funksiyalarını yerinə yetirməkdə davam edəcək.

Yeri gəlmişkən, aksiyanın dağıdılması zamanı xəsarət alanların sayı da açıqlanıb. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, üç nəfər xəsarət alıb ki, onlardan da biri polis əməkdaşıdır.

*   *   *19:18

Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.

“Report” xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb.

Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Hazırda Tbilisi meriyasının nəzdindəki “Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar.

*   *   *18:53

Gürcüstanın xüsusi təyinatlıları ölkə parlamentinin ərazisini etirazçılardan təmizləməyə başlayıb.

Daha əvvəl ölkənin Daxili İşlər Nazirliyi etirazçılara parlament binasının ətrafını təmizləməklə bağlı 30 dəqiqə vaxt verib.

Mitinq iştirakçıları, o cümlədən Gürcüstan parlamentinin müxalif üzvləri ərazini tərk etməkdən imtina edir və Daxili İşlər Nazirliyinin nümayəndələrinə müqavimət göstərirlər.

Qeyd edək ki, bu gün aksiya iştirakçıları deputatları parlament binasına buraxmayıb. Bundan sonra DİN etirazçılara xəbərdarlıq edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …