Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar.
Etirazçılar çadırda gecələyəcəklərini bildiriblər.
Aksiyaçılar qeyd ediblər ki, sabah deputatları parlamentə buraxmayacaqlar.

