Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Taxıl bazarına bahalaşma gəlir – RƏY

Taxıl bazarına bahalaşma gəlir – RƏY

Bu il taxıl istehsal edən ölkələrdə istehsal azalsa da, bu hələ ki, dünya bazarında qiymətlərə təsir etməyib. Amma qiymətlərin artacağı istisna olunmur. Hazırda əmtəə birjalarında qarğıdalının 1 kq-ı 0,15 ABŞ dollarına, buğdanın 1 kq-ı isə 0,19 dollara realizə edilir.

Hesab olunur ki, qiymətlərdə ciddi dəyişikliyin olmaması bazara təsir edən məlumatların kasadlığı ilə bağlıdır.  Bundan başqa,  hesab olunur ki, taxıl istehsalı ilə məşğul olan regionlarda hava şəraitinin sabit keçməsi, eləcə də ABŞ və Çin arasında ticarət danışıqlarının hələ ki, konkret nəticə verməməsi də qarğıdalı və buğdanın qiymətinin sabit qalmasına imkan verib. Amma bir sıra ölkələrin taxıl almaq üçün tender elan etməsi yaxın gələcəkdə qiymətin artacağını gözlənilən edib.Bu ölkələrin arasında Tunis, Suriya və Banqladeşin də adı var.Hesab olunur ki, tenderlərin nəticələri elan olunduqdan və taxıl alışına başlandıqdan sonra bazarda canlanma yarana və qiymətlər yenidən qalxa bilər.Bəs, beynəlxalq bazarda qiymət artımı baş verərsə, bu ölkəmizə necə təsir edə bilər?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, taxıl qiymətlərinin qalxacağı şübhə doğurmur: 

“Çünki ötən təsərrüfat ilində dünya üzrə taxıl istehsalı xeyli dərəcədə aşağı düşüb. Ona görə də dünya bazarında qiymətin qalxması labüddür.Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, ərzaq buğdası üzrə tələbat idxaldan asılı vəziyyətdədir.Statistik rəqəmlərdə nə qədər dənli bitkilərin istehsalı üzrə göstəricilər artsa da, bu, ərzaq buğdasından asılılığı aradan qaldırmır.Ona görə də hesab edirəm ki, Azərbaycanda da taxılın qiymətinin qalxması labüddür”.

Akif Nəsirli deyir ki, bahalaşma indiyədək də baş verib: 

“Bu proses gedir. Faktiki olaraq un və buğdanın qiymətləri qalxır.  Bundan sonra da dünyada taxıl, un ehtiyatları azaldıqca, qiymətlər bir qədər də qalxacaq. Qiymət artımı mövsümün başlanğıcına qədər davam edəcək.İyun ayında biçin başlayır. İyul, avqust, sentyabr aylarından etibarən yeni məhsuldarlığa uyğun olaraq beynəlxalq bazarda  taxıl qiymətlərinin tənzimlənməsinə başlanacaq”. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …