Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi – Okan fotoqraf oldu

Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi – Okan fotoqraf oldu

Bir neçə gün əvvəl Türkiyənin məşhur aparıcısı Okan Bayülgen və aparıcı-rejissor Metin Arolat Bakıya gəlib.

Qafqazinfo” xəbər verir ki, onların Azərbaycana gəlmə səbəbi isə yuyucu maddələrin reklam çəkilişində iştirak etməsidir.

Reklam çarxının rejissoru Metin Arolat, fotoqrafı isə Okan Bayülgendir.

Bu məqamda qeyd edək ki, tanınmış markanın yerli simaları da müəyyənləşib. Onlardan biri əməkdar artist

Dilarə Əliyeva, digəri isə Kəmalə Piriyevadır. Hər iki tanınmış ayrı-ayrı məhsulların siması seçiliblər.

Artıq Bakıdakı çəkilişlər başa çatıb, reklam çarxı bir neçə gün sonra yayımlanmağa başlayacaq.

Xatırladaq ki, Metin Arolat meqstar Tarkanın bir çox kliplərinin rejissorudur.

Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi -  Okan fotoqraf oldu
Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi -  Okan fotoqraf oldu
Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi -  Okan fotoqraf oldu
Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi -  Okan fotoqraf oldu

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın