Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Tarixçi alimdən Rəhimzadəyə etiraz – “O, müstəqilliyin əleyhinədir”

Tarixçi alimdən Rəhimzadəyə etiraz – “O, müstəqilliyin əleyhinədir”

Milli Məclisin deputatı Arif Rəhimzadənin “Sovet hökuməti Azərbaycan dövlətini qurdu”sözləri qalmaqala  səbəb olub. “Qafqazifo” xəbər verir ki, o, bu fikirlərini parlamentin bu gün keçirilən  komitə iclasında səsləndirib.

Tarixçi alim Boran Əziz deputatın fikirləri ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyətini  süquta yetirib və müstəmləkəçi bir sistem yaradıb: “ Bu hökumət Azərbaycanın mədəniyyətinə, mənəviyyatına  ağır zərbə vurub. Azərbaycanın adını, əlifbasın dəyişdirib.

Azərbaycanın  Cümhuriyyətdən qabaq 114 min kv.km mübahisəli,  97 min kv. km isə mübahisəsiz torpaqlarını öz ata-baba  torpaqlarıymış kimi qonşu Ermənistana, Gürcüstana və özünə götürüb.  Belə olan halda hansı dövləti Sovet hökuməti qurub? Ümumiyyətlə, Arif Rəhimzadə Azərbaycanın müstəqilliyinin əleyhinə olan bir şəxsdir.  Və o dövrdə  müstəqilliyin əleyhinə səs verən adamlardan biridir. Ən təəccüblüsü və dəhşətlisi budur ki,  bugünkü müstəqil Azərbaycanın parlamentində oturan adamlardan biridir. Baxın, bu, nonsensdir”.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …