Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tanınmışların Sevgililər Günü təbriki – FOTOLAR

Tanınmışların Sevgililər Günü təbriki – FOTOLAR

14 fevral dünyanın bir çox ölkələrində Sevgililər Günü (Müqəddəs Valentin günü) kimi qeyd olunur. Azərbaycanın bir çox yerli məşhurları da bu günü qeyd edərək, sosial şəbəkədə paylaşımlar edib. Onlardan bəzilərini təqdim edirik.

Əməkdar artist Elza Seyidcahan öz ampluasına sadiq qalaraq Sevgililər Gününə “Qoy olsun” adlı şeir həsr edib.

Müğənni Səbinə Babayeva da bu gün ilə əlaqədar özünə məxsus təbrik yazıb: “Hər zaman sevin-sevilin! Sevginizi bir günə sığdırmayın, hər zaman bunu hiss etdirin. Sevgililər Gününüz mübarək!”.

Müğənni Xuraman Şuşalı isə həyat yoldaşının ilə birgə fotosunu paylaşaraq qeyd edib: “Sevmək gözəldir. Həm sevmək, həm sevilmək”.

Təranə Qumral və Musa Musayev cütlüyü də Sevgililər Gününə biganə qalmayaraq sosial şəbəkə izləyicilərini təbrik edib, onlara sevgi arzulayıb.

Müğənni Gülay Zeynallı isə qeyd edib: “Sevgililər Gününüz mübarək. Hər zaman sevib, seviləsiniz. Sevgi gözəl hisdir, təbii ki, onu anlayan insan üçün… Ən əsası xanımlarımız xoşbəxt olsun, çünki biz buna layiqik”.

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın