Şənbə , Aprel 20 2024
Ana səhifə / Tanınmışlar yayda istirahət üçün hara üz tutacaqlar?

Tanınmışlar yayda istirahət üçün hara üz tutacaqlar?

İsti yay günlərində işgüzar insanlar, xüsusilə sənət adamları iş fəaliyyətinə fasilələr verib, istirahət üçün müəyyən məkanlara üz tuturlar. Dünya ulduzları əsasən Amerika və Avropada istirahət edir. Yerli məşhurların isə ən çox üz tutduqları ölkə Türkiyədir.

Musavat.com bir neçə tanınmış müğənni arasında sorğu keçirib və onlardan istirahət planları barədə soruşub.

Müğənni Könül Kərimova ailəsi ilə Türkiyəyə yollanacağını deyib: “Yorğunam, istirahətə ehtiyacım var. Ailəmlə Türkiyəyə, Bodruma getməyi planlayıram. Düzdür, bu aralar Türkiyədə tez-tez terror olur, amma qorxmuram. Hər kəsin bir yazısı var. İnşallah, Türkiyədə baş verən terror hadisələrinə son qoyular, oradakı insanlar da rahat nəfəs alar”.

Müğənni Rəqsanə İsmayılova bu il istirahət etməyəcəyini dilə gətirib: “Kiçik qızımın doğum gününə hazırlaşıram, iyunun sonu təmtəraqlı məclis keçirəcəyəm. İstirahət planı qurmamışam. Çünki oktyabr ayında Heydər Əliyev Sarayında iki gün konsert verəcəyəm, bütün vaxtımı hazırlıqlara, məşqlərə sərf edəcəyəm. Səhnə performansı, geyimlər, saç düzümüm çox fərqli olacaq. Yaşıl Teatrda baş tutan konsertdə saçımın modeli, geyimlərim böyük səs-küy yaratdı, uzun müddət müzakirə olundu. Bu dəfə də səhnədə fərqli Rəqsanə görəcəksiniz”.

Müğənni Sevda Yahyayeva öncə Qubada, sonra isə xarici ölkələrdə dincələcək: “Bu il çox çalışmışam, yorulmuşam. Ona görə də artıq tətil planları qururam. Əvvəl Qubaya üz tutacam, bir neçə gün orada qalacam, ondan sonra isə Azərbaycanın görməli yerlərini gəzəcəyəm. Sonra rahat istirahət etmək üçün xarici ölkələrdən birinə üz tutacam”.

Müğənni Lətifə Soyuöz də xarici ölkəyə üz tutacağını deyib: “Uzunmüddətli yay planı qurmamışam. Neçə gündür ki, dostlarımla bu haqda danışırıq. İki-üç gün istirahət edib, iş başına qayıdacağam. Xarici ölkələrdən birinə getmək istəyirəm. Planda Şamaxı rayonunda qonaq olmaq da var. Özümü bu il ağır iş rejimində görürəm, bütün yayı çalışacağam. İstəyirəm ki, sentyabrda möhtəşəm proyektlərlə qayıdım”.

Müğənni Samir Piriyev isə artıq istirahətdədir. O, ailəsi ilə birlikdə Antalyadakı evində istirahət edir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın