Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Tanınmış vəkil deputata “dəlixanadan qaçmış” dedi- ELMAN NƏSİROV İSƏ DEYİR Kİ…

Tanınmış vəkil deputata “dəlixanadan qaçmış” dedi- ELMAN NƏSİROV İSƏ DEYİR Kİ…

Tanınmış vəkil Adəm Məmmədov deputat Elman Nəsirov haqqında sərt fikirlər səsləndirib.Gununsesi.org vəkilin facebook səhifəsinə istinadən məlumat verir ki, O, Elman Nəsirovun mandatdan məhrum edilməli olduğunu deyib:“Dəlixanadan qaçmış bu “siyasətçini” tapıb təklif edəcəm gedək cəhbə bölgəsinə səngərdə 30 dəqiqə dik gəz və sonra çox “xoşbəxt” olacaqsan. Məncə bu şəxsi məhkəməyə verib fəaliyyət qabiləyyətsiz elan olması barədə qətnamə qəbul olunmasına nail olmaq lazımdır. Bu şəxsi yaltaqlıq akademiyasının rektoru təyin etmək olar”.

Gununsesi.org-a açıqlamasında isə deputat Elman Nəsirov Adəm Məmmədov adlı vəkil tanımadığını deyib: “Mən Adəm Məmmədov adlı vəkil tanımıram. Deyirsiniz ki, məşhur vəkildi. İndi mənə təəccüblü gəlir ki, bu cür adamlar necə məşhur olur, çıxışları ictimai əhəmiyyət daşıyır. Mən məlum çıxışı edərkən, ordumuzun qüdrətini ifadə etmişəm. Burada söhbət düşmənə qarşı psixoliji münasibətdən gedir.  İnformasiya müharibəsində hər bir kəs düşmənə qarşı barışmaz olmalıdır. Müxtəlif formalarda biz gücümüzü onlara göstərməliyik. Bu gün düşmən əsgəri Azərbaycan ordusunun qarşısında psixoloji sarsıntı keçirir. Səngər hətta dərin olsa belə əyilməyə məcbur olur. “Psevdohüquqşünas” bu həqiqəti dərk etmək iqtidarında deyil. Bunun üçün Vətənı və ordunu sevmək lazımdır. Ona görə də mən adı Adəm olan və özünə vəkil deyən şəxsin səviyyəsinə enib, onunla polemikaya lüzum görmürəm. Bu onun izafi reklamı olar”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …